BANM və Londonun Kral Kolleci arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 27.10.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində olublar.
Bakı Ali Neft Məktəbindən daxil olan məlumata görə, qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən BANM-nin rektoru Elmar Qasımov, London Kral Kollecinin nümayəndələrini Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırıb, Ali məktəbin yaradılmasında əsas məqsəd kimi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirərək, texniki fəaliyyət və sənaye sahələrində olan ingilisdilli peşəkar kadr tələbatının ödənilməsini göstərib. Bu baxımdan rektor BANM-in dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə və Böyük Britaniyanın Heriot-Vatt universiteti, neft-qaz şirkətləriylə sıx münasibətlərinin olmasını vurğulayaraq, bildirib ki, BANM tələbələrin praktiki biliklərini artırmaq məqsədi ilə onları adları çəkilən müəssisələrə göndərir.
Daha sonra rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş təsviredici məlumat verib.
Görüş çərçivəsində Elmar Qasımov dünyada məşhur olan London Kral Kollecində kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasında BANM üçün maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb, bununla əlaqədar olaraq London Kral Kolecinin rektorunu Bakıya və BANM –də qonaq olmağa dəvət edib və Azərbaycana səfər çərçivəsində ali təhsil ocaqlarının rəhbərləri ilə görüş keçirməyi təklif edib.
Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmalarından məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırıblar.
Görüşün sonunda BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, London Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunub. Eyni zamanda universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və tövsiyələr verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info