Danimarkada həmyerlimizə professor elmi dərəcəsinin təqdimat mərasimi keçirilib
Tarix: 27.10.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Danimarkada yaşayan həmyerlimiz, dünya şöhrətli həkim, Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşinaya professor elmi dərəcəsinin təqdimat mərasimi keçirilib. Kopenhagen Glostrup Hospitalında təşkil olunmuş mərasimi Kopenhagen Universitetinin professoru Hans Henrik Saxild acaraq professor Məsud Aşinanın elmi fəaliyyətindən, alimin Azərbaycan, Danimarka və eləcə də dünya tibb elminə verdiyi töhfələrdən, həmçinin həyata keçirdiyi layihələrdən bəhs edib. Həmkarının uğurlarını yüksək qiymətləndirən H.H.Saxild onu yüksək elmi dərəcə alması münasibətilə təbrik edib və sözü Məsud Aşinaya verib.
Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina tədbir iştirakçılarına özü haqqında məlumat verərkən bildirib ki, 1965-ci ildə Bakıda dünyaya gəlib, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Danimarkada həkim kimi ilk olaraq Kopenhagenin Rigs xəstəxanasında fəaliyyətə başlayıb, sonra Glostrup xəstəxanasında bir çox layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Məsud Aşina uzun illərdir Danimarkada yaşamasına baxmayaraq, vətəni ilə sıx əlaqədə olması, Azərbaycanda bir sıra layihələr, o cümlədən Nervologiya üzrə Beynəlxalq Konfrans təşkil etməsi barədə danışıb.
Tədbirdə çıxış edənlər, o cümlədən Glostrup Hospitalının direktor müavini Per Jorgensen, “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi Məsud Aşinanı yüksək elmi dərəcə alması münasibətilə təbrik ediblər.
Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşina tibb sahəsində, xüsusilə miqrenin xəstəliyinin öyrənilməsi, müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə edib. Bu sahədə 200-dən artıq məqalənin və 35-dən çox elmi kitabın müəllifi olan professor 2011-ci ildə “Nevrologiya” sahəsi üzrə “Mogens Fog” mükafatına layiq görülüb. 20 ildən çoxdur ki, Danimarkada yaşayan Məsud Aşina “Vətən” Cəmiyyətinin İdarə Heyətinin üzvü və fəal diaspor nümayəndəsidir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info