Dünyanın məşhur jurnalistinə Azərbaycan haqqında məlumat verilib
Tarix: 27.10.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bu günlərdə Niderlandda fəaliyyət göstərən “On File” jurnalistlər birliyi Niderlandın tanınmış juranalistlərindən biri olan Rena Netjes ilə görüş təşkil etmişdi. Bu görüşdə Beynəlxalq və Hollandiya Jurnalistlər İttifaqının üzvü, politoloq Vüqar Abbasov iştirak edib. Bu barədə məlumatı politoloqun özü məlumat verib: “Mən də həmən tədbirə dəvətli idim və təbii ki, ölkəmizin təbliği baxımdan, əlimə düşmüş belə bir fürsəti əldən verə bilməzdim. Onu da qeyd edim ki, xanım Netjes hazırda tək Niderlandda deyil, deyərdim ki, bütün dünyada məşhurdur. Bunun da səbəbləri var. Bu xanım jurnalist uzun müddət Misirdə yaşayıb, Niderlandın nüfuzlu “Trouw”, “De Volkskrant” kimi qəzetlərində, Niderlandın “NOS” və dünyada məşhur olan “Al-Cəzirə” televiziyaları üçün işləyib. Misirin hazırkı hakimiyyəti onu terrorçularla əlaqədə şərləyərək on il həbs cəzası kəsdiyi üçün, xanım Netjes Niderlanda, öz vətəninə qaçmağa məcbur olub”.
V.Abbasov görüşün olduqca maraqlı bir şəraitdə keçdiyini və jurnalist xanım digər həmkarlarının suallarına cavab verdiyini bildirdi: “Müzakirə olunan məsələlərdən biri də Yaxın Şərqdəki durum və bizim hansı formada informasiya almağımız idi. Mən də öz növbəmdə söz alaraq, jurnalistlərin əksər halda birtərəfli mövqe tutmasını və məlumatları birtərəfli qaydada çatdırmalarına diqqət çəkdim. Qeyd etdim ki, Qərb mətbuatında vaxtaşırı “islam terrorçuları,” “müsəlman terrorçuları” və.s. bu kimi ifadələrlə rastlaşırıq ki, mən bunu doğru görmürəm. Terroristi biz dininə görə bölməli deyilik, terroristin dini olmaz. Daha sonra misal olaraq 1990 – cı il 20 yanvarında, 1992 – ci ilin 26 fevralında xalqımızın başına açılan faciələrdən danışdım və qeyd etdim ki, biz nə o zaman dedik, nə də indi deyirik ki, “bizi xristianlar qırdı”. Biz konkret olaraq cinayətkarların rus və ermənilərdən ibarət olduğunu dedik və bu gün də deməliyik. Daha sonra qeyd etdim ki, ancaq biz yenə də bütün rus xalqını özümüzə düşmən hesab etmirik”.
Sonda diaspor fəalı dünyanın məşhur jurnalistinə ölkəmiz və Xocalı soyqırımı haqqında məlumat verib.
“Sonda isə, dostlar vasitəsi ilə əldə edə bildiyim, kitab dəstini, xalqımızın başına gətirilən faciələri özündə əks etdirən kitabları jurnalist xanıma verdim. Danışığımız belə oldu ki, xanım Netjes bu barədə öz həmkarları ilə də danışacaq və yaxın zamanlarda yenidən əlaqə saxlayacağıq.
Tədbirdə həm də Niderlandın məşhur fotoqraflarından biri ilə də tanış oldum ki, hələlik onun adını çəkməyi lazım bilmirəm. Bu fotoqraf dünyanın ən qaynar nöqtələrindən fotolar çəkib həm yerli mətbuata verir, həm də sərgilər keçirdir. Bir neçə il öncə Gürcüstanda olduğunu və tezliklə Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu dedi. Təbii ki, mən ona lazımi məlumatları verdim və onunla da tezliklə ayrıca görüşməli olduğumuz qənaətinə gəldik”,-deyə V.Abbasov dedi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info