Səfirliyimiz “Diplomatik yarmarka”da iştirak edib
Tarix: 27.10.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində artıq üçüncü dəfədir ki, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi “Diplomatik yarmarka”da iştirak edib.
Azərbaycan Respublikasının CAR-dakı səfirliyindən verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Səfirliyimiz isə öz növbəsində “CAR-da Azərbaycan Dostları” qeyri-hökumət təşkilatının dəstəyi ilə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixinə və müasir dövrünə dair fotoşəkillər, xalçalar, kitablar və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirib.
Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında broşür və bukletlər təqdim edilib, Heydər Əliyev Forndunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizlə bağlı digər mövzulara həsr edilmiş çap materialı paylanılıb.
Tədbir çərçivəsində səfirliyin nəzdində fəaliyyət göstərən yerli və diplomatların uşaqlarından ibarət olan rəqs qrupu Azərbaycan milli rəqsləri ilə ziyarətçilər qarşısında çıxış ediblər.
Tədbiri gün ərzində minlərlə xarici və yerli vətəndaş ziyarət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
11.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
09.11.2019
Paytaxtda 3 mağaza cərimə olundu
08.11.2019
Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb
08.11.2019
238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info