Azərbaycanda keçiriləcək forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir
Tarix: 27.10.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Sabah Azərbaycanda keçiriləcək Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir”.
Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində “Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar”, “Müasir gənclər siyasətinin əsas elementləri” və “Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər” plenar sessiyaların keçirilməsi nəzərdə tutulub: “Forum çərçivəsində təhsil, sahibkarlıq, sülh və təhlükəsizlik, gender bərabərliyi, asudə vaxtın təşkili, ümumilikdə 20-dən artıq mövzu müzakirə ediləcək. Forumun yekunu olaraq tövsiyə xarakterli sənəd hazırlanacaq. Keçiriləcək regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası - Afrika, Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri - rəhbərlik edəcək. Azərbaycandan tərəfinin ekspertləri Fərhad Hacıyev, Nadir Quluzadə, Şahin Seyidzadə və Fuad Muradovdur. Bu günə kimi 115 ölkə iştirakını hökumət səviyyəsində təsdiq edib”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan BMT-nin qlobal gənclər siyasətinə dəstək verən ilk ölkədir və bu Forum XXI əsrdə gənclər siyasəti ilə bağlı keçirilmiş ən böyük tədbirlərdən biridir.
Qeyd edək ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb
19.06.2019
Macarıstan gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info