Azərbaycanda diridoğulmanın yeni meyarları tətbiq ediləcək
Tarix: 27.10.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabineti “Diridoğulmanın beynəlxalq meyarları”nın tətbiq edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, respublikamızın bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi “Diridoğulmanın beynəlxalq meyarları” tətbiq ediləcək.
Bununla əlaqədar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, bu meyarların tətbiqinə artıq Avropa ölkələrində başlanılıb. Onun dediyinə görə, Azərbaycanda tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “diridoğulmuş uşaq” adlandırılmırdı. Onlara “gecikmiş düşük” deyilirdi. Hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kiloqramdan çox olan və həyat əlamətləri görünən körpələr “diridoğulmuş uşaq” hesab edilirdi.
Baş pediatr bildirib ki, yeni beynəlxalq meyarlar əsasında isə artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri - ürək döyüntüsü, nəfəsalma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info