ÜDM-in 3% artacağı proqnozlaşdırılır
Tarix: 27.10.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü ildə Azərbaycanda ÜDM-in 4%, 2015-ci ildə isə 3% artacağını proqnozlaşdırır. Bu barədə BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.
R. Almarzoqi deyib ki, neft hasilatının bir qədər azalması, ehtiyatlı büdcə-vergi siyasəti və zəruri olan makro-prudensial sərtləşmə tədbirləri nəticəsində qeyri-neft sektorunda artım səngiyəcək.
Missiyanın 2015-ci ilin büdcəsində fiskal konsolidasiyanı davam etdirərək fiskal davamlılıq istiqamətində əldə edilən son irəliləyişləri dəstəkləməyi tövsiyə edir.
Onun sözlərinə görə, neftin qiyməti büdcədə ehtiyatlı ehtimal olaraq bir barelə görə 90 dollar nəzərdə tutulsa da, beynəlxalq tədbirlərlə bağlı olan xərc öhdəlikləri fiskal imkanları məhdudlaşdırır.
Missiya rəhbəri bildirib ki, gələcəkdə neftin qiyməti daha əlverişsiz olarsa, bu xərclərin azaldılmasının nəzərdən keçirilməsi üçün əsas ola bilər: “Bununla belə, büdcə təbii qaz ixracının coğrafi baxımdan şaxələnməsini dəstəkləyəcək xərcləri nəzərə ala bilməlidir. Dövlət xərcləri və maliyyə hesabatlılığı üzrə yeni qiymətləndirmənin (PEFA) tamamlanması dövlət xərclərinin səmərəliliyinin daha da artırılması üçün yol açacaq”.

R. Almarzoqi əlavə edib ki, valyuta məzənnəsi geniş ehtiyatlara söykənən pul siyasətinin sabitlik dayağı kimi qalmaqdadır. “Tədricən çevik valyuta məzənnəsinə keçid maliyyə bazarının inkişafına rəvac verə bilər. İstehlak kreditlərinin artım tempinin daha çox səngidilməsi, banklarda davam edən kapitallaşmanın maliyyələşdirilməsi və Azərbaycan Beynəlxalq Bankının restruktruizasiyası bank sisteminin təsirlərə qarşı həssaslığını azaldacaq”, - deyə BVF rəsmisi vurğulayıb.
Missiya rəhbəri həmçinin qeyd edib ki, işgüzar mühitin yaxşılaşdırılması iqtisadiyyatın şaxələndirilməsində həlledici əhəmiyyət kəsb edir və dövlət investisiyalarının bazar iqtisadiyyatına əsaslanan özəl yatırımlarla əvəz edilməsində zəruridir. “Prioritet məsələlərə rəqabət və ticarət qarşısındakı maneələrin aradan qaldırılması üçün tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə proqramlarının əhatə dairəsinin genişləndirilməsi daxildir”, - deyə R. Almarzoqi bildirib.
Qeyd edək ki, Azərbaycan hökuməti ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, 2013-cü ildə Azərbaycanda iqtisadi artım 5,8% olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info