Türkdilli Dövlətlərin Biznes Şurasının növbəti toplantısı Qırğızıstanda keçiriləcək
Tarix: 27.10.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Türkdilli Dövlətlərin Biznes Şurasının 4-cü toplantısı Qırğızıstanın İssıkkul şəhərində keçiriləcək. Şuranın Naxçıvan şəhərində keçirilən toplantısında bu barədə qərar qəbul edilib. Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, Biznes Şurasının təşkilatçılığı ilə bu il noyabr ayının sonunda İstanbulda quruma üzv olan ölkələrin ticarət və sənaye palatalarının rəhbərlərinin iştirakı ilə toplantı da keçiriləcək. Həmin toplantıda sərmayə yatırımlarının coğrafiyasının genişləndirilməsi və əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Baş katib qeyd edib ki, bu il iyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Şuranın nəzdində birgə Sərmayələr Fondunun yaradılmasını təklif edib və bu təklif türkdilli ölkələrin prezidentləri tərəfindən dəstəklənib. Bodrum sammitinin deklarasiyasında da bu, öz əksini tapıb. Bununla bağlı Türkdilli Dövlətlərin Biznes Şurasının III toplantısında qərara alınıb ki, Azərbaycan Prezidentinin təklifini yerinə yetirmək üçün aparılacaq müzakirələrdən sonra Şura tərəfindən təkliflər paketi hazırlansın, üzv ölkələrin hökumətlərinə, xüsusilə həmin ölkələrin iqtisadiyyat və sənaye nazirliklərinə göndərilsin. Gələn il Qazaxıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısınadək Sərmayə Fondunun yaradılması ilə bağlı müzakirələrin yekunlaşacağı gözlənilir. “İl ərzində Türkdilli Dövlətlərin Biznes Şurasının işində fəal iştirak edən iş adamlarının mükafatlandırılması təklifi də toplantıda müzakirə olundu və belə qərar qəbul edilib ki, Türkiyə tərəfinin bu məsələ ilə bağlı verdiyi təkliflər üzv dövlətlərin hökumətlərinə göndərilsin, əlavə və düzəlişlərdən sonra qəbul edilsin”, – deyən R.Həsənov əlavə edib ki, həmin xüsusi mükafat 6 nominasiyada iki ildən bir türkdilli ölkələrin iqtisadiyyat və sənaye nazirlərinin toplantısında iş adamlarına təqdim ediləcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
3 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
4 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
5 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info