İqtisadiyyat və sənaye naziri Ağsuda vətəndaşları qəbul edib
Tarix: 27.10.2014 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu oktyabrın 27-də Ağsuda keçirilib.
Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil edilmiş qəbulda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqının fəaliyyətinə dəstək göstərilməsi, metal konstruksiyaların istehsalı, torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi, sosial və s. məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləmiş, bir sıra məsələlər yerindəcə həllini tapmış, digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülmüşdür. İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların əkinçilik, heyvandarlıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatının genişləndirilməsi və s. sahələr üzrə təkliflərini dinləmiş, müzakirələr aparılmış, investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.
Ümumilikdə Ağsuda keçirilmiş qəbulda nazir Şahin Mustafayev 100-dən çox vətəndaşı qəbul edib.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info