Avropada 120 milyondan artıq insan yoxsulluq təhlükəsi altındadır
Tarix: 27.10.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) ölkələrində 120 milyondan artıq insan yoxsulluq və sosial məhdudiyyət təhlükəsi altındadır. Avropa Komissiyasının rəsmi saytına əsasən, hazırda Aİ əhalisinin 24 faizi yoxsulluq təhlükəsi ilə üz-üzədir. Onların 27 faizi uşaqlar, 20,5 faizi ahıllar və 9 faizi isə əmək qabiliyyətli insanlardır. Yoxsulluq həddində yaşayan qadınların sayı kişilərdən 12 milyon nəfər artıqdır. Həmçinin avropalıların təxminən 9 faizi ciddi maddi çətinlik şəraitində yaşayırlar. Onların gündəlik həyat və normal məişət şəraitini təmin edən avadanlığı almağa vəsaitləri çatmır.
Avropanın intellektual, davamlı və inteqrativ inkişafına töhfə vermək məqsədilə Aİ ölkələri tərəfindən qəbul olunmuş “Avropa 2020“ strategiyasının əsas hədəflərindən biri 2020-ci ilədək 20 milyondan artıq insanı sosial məhdudiyyətlər və yoxsulluq səviyyəsindən xilas etməkdir. Məlumatda, həmçinin qeyd edilir ki, hazırkı vəziyyətdə Aİ ölkələri 2020-ci il hədəflərinə nail olmağa qabil deyillər. İqtisadi və maliyyə böhranı, eləcə də Avropanın müxtəlif ölkələri arasında sosial təminat sistemində ciddi fərqlər bu hədəflərə nail olmaq yolunda ən böyük maneələrdir.
İttifaq ölkələrinin, Aİ qurumlarının və müxtəlif sosial tərəfdaşların səmərəli fəaliyyətini təmin etməli olan “Yoxsulluq və sosial məhdudiyyətlərə qarşı Avropa platforması” sayəsində qitədə yoxsulluğun qarşısının alınması üçün müvafiq siyasi qərarlar, sosial problemlərin həlli yolları və iqtisadi inkişaf istiqamətləri üzərində iş aparılır.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”
24.06.2019
Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib
23.06.2019
Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub
23.06.2019
Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info