Britaniya Əfqanıstandakı 13 illik döyüş missiyasını başa vurdu
Tarix: 28.10.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Böyük Britaniya NATO-nun kontingenti tərkibində Əfqanıstandakı 13 illik döyüş missiyasını başa çatdırıb. “Euronews” telekanalı xəbər verir ki, Britaniya ordusunun Əfqanıstandakı son hərbi obyekti olan Gilmənd əyalətinin Kemp-Bestion bazasında bu ölkənin, həmçinin ABŞ və NATO-nun bayraqları endirilib. ABŞ və digər müttəfiq ölkələrin əsgərləri də hərbi obyekti tərk edərək nəzarəti əfqan ordusuna veriblər. Bununla belə, Kabil hərbi akademiyasında yüzə yaxın britaniyalı təlimatçının qalacağı bildirilir. Britaniya KİV-ləri “Böyük Britaniyanın müasir tarixdə ən uzun sürən müharibəsi”nin başa çatdığını yazırlar. Rəsmi məlumatlarda 13 il ərzində Əfqanıstanda 453 britaniyalı hərbçinin həlak olduğu, mindən çoxunun isə yaralandığı qeyd edilir. Müharibənin getdiyi ən ağır dövrdə bu ölkədə 9,5 min britaniyalı hərbçi olub.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info