Polad Bülbüloğlu MDB-də sədr təyin olundu
Tarix: 28.10.2014 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB humanitar əməkdaşlıq Şurasının sədri seçilib.
Bu barədə qərar MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mənzil qərargahında keçirilən MDB humanitar əməkdaşlıq Şurasının iclasında verilib.
İclasda Şuranın digər sədri isə Ermənistan prezident aparatının sədri Viqen Sarqsyan seçilib. MDB humanitar əməkdaşlıq Şurasının iclasında çıxış edən DHƏF idarə heyətinin həmsədri Mixail Şvıdkoy bildirib ki, humanitar əməkdaşlıq MDB məkanında prioritet istiqamətlərdən biri olub və olacaq: "Bu 2014-cü ilin oktyabrında MDB dövlət başçılarının Minskdə keçirilən görüşündə də təsdiqlənib".
Qeyd edək ki, MDB ölkələri Humanitar Əməkdaşlıq Şurası 2006-cı ildə yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın nümayəndələri daxildir.
Şura Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə sıx əlaqadə fəaliyyət göstərir. DHƏF də 2006-cı ildə yaradılıb. Onun tərkibinə ilkin olaraq Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxil olub. 2008-ci ildən isə Fondun yaradılması haqqında müqaviləyə Azərbaycan da qoşulub. 2014-cü ildən Moldova da DHƏF-də təmsil olunur. Fondun əsas məqsədi mədəniyyət, təhsil, elm, arxiv içi, kütləvi kommunikasiya, idman, turizm, ekologiya və gənclərlə işdən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info