Bakıda təşkil olunacaq I Avropa Oyunlarına həsr edilmiş fotomüsabiqə
Tarix: 28.10.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilmiş “Azərbaycan - idman foto obyektivdə” adlı fotomüsabiqə keçirir. Cəmiyyətdən verilən məlumata görə, Avropa Oyunlarının təşkilatçısı – “Bakı 2015” rəsmi olaraq bu fotomüsabiqəni dəstəkləyir.
Müsabiqəyə hər janrda fotoşəkillər təqdim oluna bilər. Mövzu Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı olacaq. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.
Qaliblərin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək. Münsiflər heyətinə beynəlxalq səviyyədə tanınmış xarici və yerli fotoqraflar daxildir.
Qalib peşəkar və həvəskar fotoqrafları bu müsabiqədə mükafatlar gözləyir. Bu mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci il I Avropa Oyunlarını izləmək üçün bir həftəlik giriş bileti, yarışlar zamanı Bakıda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük giriş bileti və İPad daxildir.
Əgər qalib Bakıdandırsa, o zaman o, Paris, London, Berlin, Brüssel və ya İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.
Müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün bu keçidi ziyarət edə bilərsiniz:www.teas.eu/azerbaijan-sport-in-focus
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info