Səudiyyə Ərəbistanında “Twitter”də tənqid yazan vəkillər həbs olundular
Tarix: 28.10.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanında “Twitter” sosial şəbəkəsində məhkəmə sistemini tənqid edən 3 vəkil həbs edilib.
BBC-nin verdiyi xəbərə görə, vəkillər məhkəmə qərarları ilə günahsız insanların həbs edildiyini və adları korrupsiyada hallanan şəxslərin sorğu-sual edilmədən azadlığa buraxıldığını yazıblar.
Bu fikirlərinə görə vəkillər itaətsizlikdə və məhkəmə sisteminə böhtan atmaqda günahlandırılıblar və 8 ilədək həbs cəzasına məhkum ediliblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül Əziz əl-Şeyx televiziyada çıxış edərək “Twitter”i “bütün pisliklərin və təxribatın mənbəyi” adlandırıb, sosial şəbəkənin insanları böhtana və qeybətə təhrik etdiyini bildirib. Ərəb ölkələri arasında fəal “Twitter” istifadəçilərinin 40 faizi Səudiyyə Ərəbistanının payına düşür.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info