Rusiyanın baş onkoloqu Bakıda təltif olundu
Tarix: 28.10.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetində Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N. N. Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin rəhbəri Mixail İvanoviç Davıdovla ATU-nun müəllim və tələbə heyətinin görüşü keçirilib.
Görüşdə səhiyyə nazirinin müavini Elsevər Ağayev, N. N. Bloxin adına Rusiya Elmi- Tədqiqat Onkoloji Mərkəzinin direktor müavini, professor Mamet Əliyev, bu Mərkəzin Onurğa cərrahiyə şöbəsinin müdiri Elmar Musayev, Mərkəzin Urologiya şöbəsinin baş elmi işçisi Anar Pənahov, Mərkəzin Plastik və rekonstruktiv cərrahiyə şöbəsinin müdiri Vladimir Sobolyevskiy, Mərkəzin döş qəfəsi cərrahiyyəsi şöbəsinin baş elmi işçisi Mixail Mixailoviç Davıdov iştirak ediblər.
Görüşü açıq elan edən ATU-nun rektoru Əhliman Əmiraslanov M. İ. Davıdov haqqında danışıb.
Ə. Əmiraslanov bildirib ki, professor Mixail İvanoviç Davıdov Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, RF Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının üzvü, akademik, tibbi elmləri doktoru, Prezident işlər üzrə idarəsinin tibbi mərkəzinin baş onkoloqudur. Qeyd olunub ki, Rusiya Dövlət Tibb Universitetinin kafedra müdiri M. İ. Davıdov dünya miqyaslı tanınmış mütəxəssisdir, xərçəng xəstəliklərinin əməliyyatlarında yeni metodların yaradılması, köhnələrini təkmilləşdirilməsi üzrə xeyli praktik işləri var.
Ə. Əmiraslanov qeyd edib ki, M. İ. Davıdov elə cərrahi əməliyyatlar keçirir ki, Rusiyada belə əməliyyatları keçirən ikinci cərrah yoxdur.
ATU-nun rektoru M. İ. Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində böyük əməyi olduğunu qeyd edib. Daha sonra Ə. Əmiraslanov M. İ. DavıdovunATU-nun Fəxri doktoru adına layiq görüldüyünü nəzərə çatdırıb. M. İ. Davıdova “ATU-nun Fəxri doktoru” diplomu təqdim edilib.
ATU-nun Fəxri doktoru adına layiq görüldüyünə görə təşəkkürünü çatdıran M. İ. Davıdov Mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin tək Rusiya deyil, MDB məkanında məşhur mütəxəssislər olduğunu vurğulayıb. Görüş çıxışlarla davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info