Heydər Əliyev Fondu Avropada Azərbaycan mədəniyyətinin təbliğatını davam etdirir
Tarix: 28.10.2014 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu Almaniyanın Hannover və Düsseldorf şəhərlərində Azərbaycan mədəniyyətini təqdim edəcək.
Fonddan daxil olan məlumata görə, oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.
Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.
Həmin gün qonaqlara Fondun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Noyabrın 4-də isə Düsseldorf şəhərində Azərbaycan mədəniyyəti günləri başlayacaq. Burda da təqdimatlar təşkil olunaсaq, Elçin Şirinovun caz qrupunun konserti olacaq.
Fondun məlumatında qeyd olunub ki, Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazır. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir. Qeyd edilir ki, Dövlət Simfonik Orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info