Rusiyada Azərbaycana dair fotosərgi keçirilib
Tarix: 28.10.2014 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında fotoqraf Andrey Bronnikovun "Azərbaycan. Ənənələr və Müasirlik" adlı fotosərgisi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu "Baku" jurnalının təşkilatçılığı ilə keçirilən fotosərgi "Multimedia Art-Muzey"də baş tutub.
Fotosərginin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, Azərbaycanın Rusiyadakı səfirliyinin, ÜAK-ın nümayəndələri və Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan "Multimedia Art-Muzey"in direktoru Olqa Sviblova yaxın keçmişdə Bakıya səfəri zamanı yaşadığı təəssüratları fotosərgi iştirakçıları ilə bölüşüb. Bakıda keçirilən müasir incəsənət sərgisində iştirak edən O. Sviblova Azərbaycan paytaxtının tam enerji və gözəlliklə dolu şəhər olduğunu söyləyib: "Dünyaca məşhur memar Zahi Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzinə baxmaq kifayət edər ki, bunu başa düşəsən".
Səfir Polad Bülbüloğlu çıxışında sərginin təşkilatçısı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya təşəkkürünü bildirib: "Bu gün hər bir azərbaycanlıda Bakının təsvirləri və vətənimizin simvolları ilə bağlı fotoları görəndə fəxr və qürur hissi oyanır. Azərbaycanın ruhunu sərgiləyən bu sərginin rusiyalı gənc fotoqrafa aid olması xüsusi qiymətləndirilən faktdır. Baxmayaraq ki, fotoqraf özü şimalda böyüyüb, lakin bizim cənub temperamentimizi dəqiq verməyi bacarıb".
Sərginin müəllifi Andrey Bronnikov "Baku" jurnalı ilə çoxdan əməkdaşlıq etdiyini söyləyib: "Sərgi isə bu əməkdaşlığın nəticəsidir. Bu hər hansı bir ayrı foto-layihə deyil. Sadəcə olaraq fotoların çoxluğundan bir anda ağlımıza gəldi ki, ayrıca fotosərgi təşkil etmək olar. Bu sərgi mənim üçün əsrarəngiz ölkə Azərbaycana qarşı heyranlıq, qorxu və sevgi hekayəsidir".
Qeyd edək ki, fotoqraf Andrey Bronnikov müxtəlif janrlarda çalışır. Bunlar arasında peyzaj və elmi fotoqrafiya janrları var. Geniş ictimaiyyət indiyənə kimi onun "Birinci kanal" və Rusiya kinolayihələri üçün hazırladığı çoxsaylı işləri ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info