Azərbaycan və Ermənistan müharibə zamanı itkin düşən şəxslərlə bağlı razılıq əldə etdilər
Tarix: 28.10.2014 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Bu barədə Yelisey sarayının saytı məlumat yayıb. Məlumatda deyilir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub".
Xatırladılır ki, may ayında Olland Cənubi Qafqaza səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini davam etdirməyə sadiqliyini təsdiqləyib. Olland iki tərəf arasında qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.
Məlumatda bildirilir ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident, həmçinin status-kvonun yolverilməz olduğunu da vurğulayıb.
O, Azərbaycan və Ermənistan prezidentlərini fikir ayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıb.
Sayt xəbər verir ki, münaqişəni “ölü nöqtə”dən tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib.
Məlumatda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, naharda Prezident Olland və qonaqlar Qafqaz regionunun inkişafı və onun Fransa ilə münasibətlərini müzakirə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar
24.05.2019
ABŞ və Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24.05.2019
“Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info