Bərdədə sahibkarlıq uğurla inkişaf etdirilir
Tarix: 28.10.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Bərdə rayonunda sahibkarlıq uğurla inkişaf etdirilir. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, qida və sənaye məhsullarının istehsalına, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən ilə artır.Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən cari ildə rayonda 378 layihə üzrə sahibkarlara 11,4 milyon manat güzəştli kredit verilib, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 4,6 faiz artaraq 9 min nəfərə çatıb.
Sahibkarlığın inkişafında iri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi prioritet istiqamət təşkil edir. Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, Bərdə şəhərində tutumu 10 min ton olan iki taxıl anbarı kompleksi, illik istehsal gücü 1,6 min ton olan quş əti istehsalı müəssisəsi, süd emalı zavodu, Mehdili kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksi, ət kəsimi fabriki, ətlik istiqamətli 2 min başlıq və südlük istiqamətli 1000 başlıq heyvandarlıq kompleksləri, Qaradağlı kəndində un məmulatları, çörək və şirniyyat istehsalı müəssisələri istifadəyə verilib, Məmmədli kəndində 64 hektarda meyvə bağı salınıb. Hazırda Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin, Türkmən kəndində 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksinin tikintisi aparılır.
Tural






 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Əsl müəllim həmişə nümunəvi vətəndaş, yaxşı şagird yetişdirməyə çalışır
24.05.2019
Şabran məktəbliləri internetdə olan imkanlar və təhlükələr barədə məlumatlandırılıb
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info