Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir
Tarix: 28.10.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Oktyabrın 28-də Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum işə başlayıb. Tədbirin açılışında BMT-nin baş katibinin gənclər siyasəti üzrə elçisi Əhməd Əlhəndavi gənclər siyasətinin inkişafı ilə bağlı keçirilən bu tədbirdə nazirlərin, ekspertlərin, lider gənclərin iştirak etdiyini və bunun mövzunun müzakirəsində aparıcı rol oynayacağını bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxudu.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd etdi ki, gənclər siyasəti bir çox ölkələrin aparıcı istiqamətlərindən biridir. Azərbaycanda gənclərlə bağlı proqramların qəbul edildiyini deyən nazir Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm verildiyini vurğuladı. O bildirdi ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır. Nazir Forumun gənclər siyasətinin inkişafı üçün beynəlxalq proqramın müzakirəsinə də yaxşı imkanlar yaratdığını dedi.
Forum iştirakçılarına videomüraciətində BMT-nin baş katibi Pan Gi Mun gənclər siyasəti üzrə birinci Qlobal Foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, - deyə baş katib qeyd etdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info