“Fransa həqiqətən münaqişənin ədalətli həllini istəyirsə...”
Tarix: 28.10.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın dövlət başçısı Serj Sarkisyanın görüşünün keçirilməsini müsbət qiymətləndirirəm”. Bunu millət vəkili, professor Musa Qasımlı Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Parisdə keçirdiyi görüşə münasibətində deyib.
M.Qasımlı görüşü müsbət qiymətləndirməsinin səbəbini belə izah edib: “Hər şeydən əvvəl ona görə ki, bu görüşlər tərəflərin baxışlarını bir daha ortaya qoyur. Belə bir münaqişənin mövcudluğunu və həll edilmədiyini, gündəlikdə qaldığını göstərir”.
Daha sonra millət vəkili əlavə edib: “Hesab edirəm ki, nəticəsinin necə olmasından asılı olmayaraq belə görüşlər faydalı hesab edilməlidir, ancaq Fransa həqiqətən münaqişənin ədalətli həllini istəyirsə, işğalçı ölkə ilə işğala məruz qalan ölkə arasında bərabərlik işarəsi qoymamalıdır. İşğalçı Ermənistana təzyiq göstərməli və məcbur etməlidir ki, işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər ərazilərini boşaltsın”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info