İtaliyada “Bakı 2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək
Tarix: 28.10.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Oktyabr 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII “La Borsa Mediterranea del Turismo Archeologico” keçiriləcək. Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliya Respublikasının əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi layihənin 2014-cü il üzrə qonaq ölkəsi Azərbaycan olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin xüsusi statusda iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus pavilyon qurulacaq, arxeoloji tədqiqatlara və onların inteqrasiyasına həsr olunmuş konfrans təşkil ediləcək. Azərbaycanın layihədə xüsusi statusda iştirakı ilə bağlı nəzərdə tutulmuş əsas tədbirlərdən biri də oktyabrın 31-də milli mətbəximizin nümayişi ilə Azərbaycan gecəsinin təşkilidir.
Tədbirdə Azərbaycan Dövlət mahnı və rəqs ansamblının kollektivi və məşhur caz ifaçısı Elçin Şirinov və qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulub.
Azərbaycanın tədbirdə “rəsmi qonaq ölkə” statusu ilə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. Yarmarkada Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edəcək. Yarmarkada Azərbaycan üçün ayrılmış sahədə quraşdırılacaq kinoteatrda italiyan və ingilis dillərində “Azərbaycan odlar yurdu” filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplər nümayiş olunacaq.
Bundan əlavə, Azərbaycan pavilyonunda müxtəlif dövrlərə aid arxeoloji artefaktlardan və Azərbaycan xalçalarından ibarət kolleksiyanın da nümayişi planlaşdırılır. Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatının da keçirilməsi nəzərdə tutulub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info