“Azərbaycanda gənclərin müxtəlif sahələrdə inkişaf etməsinə xüsusi diqqət yetirilir”
Tarix: 28.10.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Ukrayna gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq arzusundadır.
Bunu Bakıda səfərdə olan Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov deyib.
Gənclər Siyasəti üzrə I Qlobal Forumun əhəmiyyətindən danışan D. Bulatov qeyd edib ki, qlobal səviyyədə gənclər siyasəti ilə bağlı yeni, mütərəqqi addımlar atmaq lazımdır.
“Azərbaycan çətin günlərdə Ukraynanın yanında olub. Bu ölkələr arasında daim dostluq olub, onlar bir-birini dəstəkləyiblər. Azərbaycanın Gənclər Siyasəti üzrə I Qlobal Forumu yüksək səviyyədə təşkil etməsi göz qabağındadır. Biz ölkənizin bu cür təşəbbüslərini yüksək qiymətləndiririk”, - deyə o vurğulayıb.
D. Bulatov Azərbaycana səfəri zamanı ölkənin infrastrukturu və gənclər sektoru ilə yaxından maraqlandığını deyib: “Azərbaycanda gənclərin müxtəlif sahələrdə inkişaf etməsinə xüsusi diqqət yetirilir. Biz də bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq arzusundayıq. Öz qüvvələrimizi bir məqsəd üçün birləşdirməliyik. Ukraynada azərbaycanlı gənclər az deyil. Onlar Ukraynanın mədəni həyatında yaxından iştirak edirlər, idman sahəsində fəallıqları ilə seçilirlər. Azərbaycandan olan gənclərə qarşı xüsusi rəğbətim var, onların dəstəyinə daim bel bağlaya bilərik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info