“Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim”
Tarix: 28.10.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə bir möhtəşəm yarışda iştirak etmək mənim üçün çox xoş oldu. Bu, Qəbələyə ilk gəlişim idi və altı gün ərzində rayonla yaxından tanış oldum. Mən yarışda dünya kubokunu qazandım və bu gün qələbə sevinci ilə Almaniyaya yola düşəcəyəm. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam.
Bu sözləri Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə dünya kuboku uğrunda yarışların final mərhələsində tapançadan 25 metr məsafəyə atəş açmaqda birinci yeri tutan Almaniya idmançısı Monika Karş deyib. “Burada insanlar çox səmimi və qonaqpərvərdir. Qəbələdə çoxlu idmançılarla tanış oldum, yeni dostlar qazandım. Yarışın təşkilatçılığı çox yüksək səviyyədə idi. Belə gözəl yerdə, paytaxtdan uzaq bir bölgədə yüksək səviyyəli idman tədbirinin keçirilməsi, idmançılar və qonaqlar üçün hər cür şəraitin yaradılması məni heyran edib. Bunu öz ölkəmdə mütləq qeyd edəcəyəm. Buraya dünyanın ən reytinqli idmançıları toplaşıb. Bu baxımdan yarışı yüksək qiymətləndirirəm və burada olmaqdan çox məmnunam. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Ümumiyyətlə, Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Azərbaycanda da çoxlu idmançı dostlarım var. Mənim bu idman tədbirində iştirakım eyni zamanda ölkənizi yaxından tanımağım üçün yaxşı imkan oldu” – deyə Monika Karş vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı
22.11.2020
ÜST-dən qorxunc açıqlama – Üçüncü dalğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info