Salyanda ümumi məhsul buraxılışı 2,4 faiz artıb
Tarix: 28.10.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Yanvar-sentyabr aylarında Salyan rayonunda ümumi məhsul buraxılışının həcmi 2,4 faiz artaraq 147 milyon 670 min manata çatıb.
Bu barədə rayon icra hakimiyyətinin başçısı yanında şura iclasında məlumat verilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarının müzakirə olunduğu iclasda idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət təmsilçiləri iştirak ediblər. Diqqətə çatdırılıb ki, artım tendensiyası bütün sahələrdə müşahidə olunub. Həmin müddətdə 68,9 milyon manatlıq kənd təsərrüfatı, 36,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Yeni istehsal, emal və digər layihələrin reallaşması nəticəsində 576 iş yeri yaradılıb.
Yığıncaqda vurğulanıb ki, hesabat dövründə əsas kapitala qoyulan investisiyaların həcmi də artıb. Nəticədə abadlıq-quruculuq işlərinin, sosialyönümlü layihələrin həyata keçirilməsinə imkan yaranıb. Salyan şəhərinin küçələri təmir olunub, park və xiyabanlarda yenidənqurma işləri aparılıb, beşmərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi sürətlənib. Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına 32 kilometrlik Salyan-Şirvan avtomobil yolunda və Kür çayı üzərindəki körpüdə tikinti işləri aparılıb. Həmçinin iki məktəb binasında bərpa-gücləndirmə işləri tamamlanıb, 220 yerlik iki yeni məktəb binasının, Babazanan dağında yeni su anbarının tikintisi və su xəttinin çəkilişi davam edib.
Şura iclasında əhalinin elektrik enerjisi, qaz, su ilə təminatı sahəsində vəziyyət və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.
Sonda müzakirəyə çıxarılan məsələlərlə bağlı müvafiq qərar qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info