Deputatdan ABŞ-a sərt ittihamlar: “ABŞ-ın bu münasibətinə susmaq olmur”
Tarix: 28.10.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


ABŞ 20 ildən çoxdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı bəyanat verməyib. Bunu parlamentdə cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycanda dəfələrlə demokratik seçkilərin keçirilməsinə baxmayaraq, ABŞ belə bir bəyanat verməyib: "Bu da bir daha beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasətinin bariz nümunəsi oldu. Ona görə də biz təklif edirik ki, Milli Məclis adından ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət ünvanlayaq və onlardan bu məsələlərə aydınlıq gətirmək üçün hesabat tələb edək”.
Millət vəkili qeyd edib ki, Ukraynada keçirilən seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ-dan bu seçkilərin ədalətli, şəffaf və düzgün keçirilməsi ilə bağlı bəyanat gəldi. Bəyanatda bildirildi ki, Krımın Ukraynaya qaytarılmasına nail olunacaq: “Biz bu seçkilərə qarışmırıq, onların daxili işləridir. Amma ABŞ-ın bu münasibətinə susmaq olmur. Hamı bilir ki, orada parlament seçkiləri necə və hansı şəraitdə keçirildi, ölkənin bütün ərazisində baş tutmadı. Amma dünyada demokratiyanı, ədaləti təbliğ edən ABŞ rəhbərlik səviyyəsində dərhal seçkilərin düzgün keçirilməsi və Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyi ilə bağlı bəyanat verdi".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info