165 nəfər dövlət himayəsinə götürülüb
Tarix: 28.10.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki sosial xidmət müəssisələrinə 165 nəfər dövlət himayəsinə götürülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, hazırda həmin sosial xidmət müəssisələrində 1 024 nəfər şəxs tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı ruhi-əsəb internat evlərində və Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq ƏƏSMN-nin xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şağan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Şağan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb. Bununla yanaşı, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində uşaqların doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır. Belə ki, cari ilin ötən dövründə hər iki internat evindən ümumilikdə 28 nəfər uşaq ailələrinə verilib.
İlkin





 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info