Kipiani Gürcüstanda yaşayan azərbaycanlı gənclərin problemlərindən danışdı
Tarix: 28.10.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Gürcüstanın gənclər və idman naziri Levan Kipiani ölkəsində yaşayan azərbaycanlı gənclərin problemləri və bu istiqamətdə görülməsi vacib olan işlərdən danışıb.
Gürcüstanın gənclər və idman naziri Levan Kipiani ölkəsində yaşayan azərbaycanlı gənclərin problemləri və bu istiqamətdə görülməsi vacib olan işlərdən danışıb. Gürcüstanlı nazir Bakıda jurnalistlərə bildirib ki, Gürcüstanda ümumilikdə ölkə gəncliyinin bir sıra ortaq problemləri var: “Gənclər üçün iş yerlərinin az olması və təhsil başlıca problemdir. Biz bu yöndə aktiv iş aparmaq istəyirik. Məqsədimiz tələbə və məktəblilər arasında elə bir layihə icra etməkdir ki, bu, onların gələcəyinə töhfə verə bilsin”.

L. Kipiani gənclər və idman sahəsində Azərbaycanla əməkdaşlıqdan söz açıb: “Mən demişdim ki, Azərbaycan tərəfi ilə birgə layihələrimiz var. Ötən il biz gənclərə həsr olunmuş layihə hazırladıq. Bu, mədəniyyət və idman sahəsində olan geniş bir layihə idi. Bu işlərin günümüzdə də davam etdirilməsi nəzərdə tutulur. Azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə onların etnik qrup kimi deyil, heç bir fərq qoyulmadan yaşamasını təmin etmək ölkəmizin vəzifəsidir. Onların problemləri bizə bəllidir. Həmin gənclərin istəkləri idman və mədəniyyət sahəsində aktiv iştirak etməkdir. Biz azərbaycanlıların təhsil aldığı məktəblərdə bir neçə gənci iri layihələrə cəlb etmişik. Əsasən Marneulidə boks və sərbəst güləş üzrə yarışlar təşkil etdik ki, onlar burada öz məşqlərini daha rahat şəkildə həyata keçirə bilsinlər, eyni zamanda təhsil alsınlar. Ümumiyyətlə, biz bütün imkanlarımızdan istifadə edirik ki, Gürcüstan ərazisində yaşayan bütün etnik qruplar eyni şəraitdə yaşayıb, fəaliyyət göstərsinlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info