Valeri Fedorçuk: “Qarabağ” güclü klubdur”
Tarix: 28.10.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq asan deyil. “Qarabağ”a məğlubiyyəti təsadüf sayıram”. Bu sözləri Ukraynanın “Dnepr” klubunun yarımmüdafiəçisi Valeri Fedorçuk deyib.
Hazırda icarə əsasında “Volın”da çıxış edən futbolçu “Dnepr”in “Qarabağ”a 0:1 hesabı ilə uduzmasına təəssüflənir. O bildirib ki, qrupdan növbəti mərhələyə çıxmağa ən real namizəd “Dnepr” və “İnter”dir: “Azərbaycan klubuna məğlubiyyət gözlənilməz idi. Heç kim inanmazdı ki, “Dnepr” doğma meydanda uduzacaq. Əslində, komandamız yaxşı oynadı, xeyli qol epizodu yaratdı. Amma əlinə düşən imkanları boşa verdi. Biz “İnter”lə birlikdə qrupdan çıxmağa ən real namizədik. İndi “Dnepr” Bakıda “Qarabağ”ı məğlub etməlidir. “Sent-Etyen” və “İnter”dən də xal almaq lazımdır. Belə olan halda, qrupdan çıxa biləcəyik. Əslində, Ukrayna klubunun buna gücü çatır. “Qarabağ” üzərində qazanılan qələbə Avroliqada uğur qazanmağımız üçün stimul ola bilər”. Fedorçuk qeyd edib ki, “Qarabağ” güclü komanda olsa da, “Dnepr”dən zəifdir: “Qarabağ” güclü komandadır, heyətində səviyyəli legionerlər oynayır, amma bizdən zəifdir. Məncə, “Dnepr” Bakıda rəqibini məğlub edəcək. Sadəcə, “Qarabağ” tarixində ilk dəfə qrupa düşüb və motivasiyaları çox yüksəkdir. Buna görə də yaxşı oyun göstərirlər”.
Qeyd edək ki, “Qarabağ” - “Dnepr” matçı noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info