“Bakı beynəlxalq teatr konfransı dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir”
Tarix: 28.10.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Yarandığı gündən xalqımızın milli-mədəni dəyərlərini qoruyan, təbliğ edən, mütərəqqi ideyalar aşılayan Azərbaycan teatrı son on ildə özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrlarımızın inkişafı yolunda atılmış mühüm bir addımdır. Sözügedən proqrama uyğun olaraq, paytaxtımızda üçüncü dəfədir ki, müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransa hazırlaşır”. Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov bildirib. O, bildirib ki, Bakı beynəlxalq teatr konfransı bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. İndiyədək keçirilmiş birinci və ikinci konfransa dünyanın müxtəlif ölkələrindən sənətkarlar gəlib. Bu il keçiriləcək Üçüncü Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları isə ölkələrin və nümayəndələrin sayı baxımından əvvəlkilərdən daha çoxdur.
Qeyd edib ki, builki konfransın iştirakçılarından bəziləri ölkəmizlə artıq tanışdırlar, digərləri isə Bakıda ilk dəfə olacaqlar. Şübhəsiz ki, onlar paytaxtımızı gəzəcək, teatrlara gedəcək, tamaşalara baxacaqlar. Konfransda təkcə bugünkü dünya teatrının taleyi deyil, onun gələcək inkişaf yolları da alimlər, böyük rejissorlar, prodüserlər, teatr mütəxəssisləri tərəfindən müzakirə ediləcək. Onların sırasında bu möhtəşəm tədbirə ev sahibliyi edəcək Azərbaycanın nümayəndələri də olacaq. Hesab edirəm ki, konfransda müzakirə ediləcək məsələlər dünya, eləcə də Azərbaycan teatrı üçün çox əhəmiyyətli olacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info