“Gənclərin maraqları nəzərə alınmalıdır”
Tarix: 28.10.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Gənclər siyasəti üzrə I Qlobal Forumun iştirakçıları ilk plenar iclasda Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının qəbulundan keçən 20 ildə görülən işlər və perspektivləri müzakirə ediblər. BMT-nin Əhali Fondunun direktor müavini Anne Birgitte Alberktsen çıxışında deyib ki, gənclər siyasəti gənclərin iştirakı olmadan aparıla bilməz, onlar özlərinin gələcəyi, perspektivləri ilə bağlı bütün proqramların hazırlanmasında fəal iştirak etməlidirlər. O, gənclərlə bağlı siyasətin formalaşdırılmasında səhiyyə, təhsil, məşğulluq kimi sahələrdə gənclərin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib. BMT nümayəndəsi deyib ki, gələcəkdə Avropa istisna olmaqla, Afrika və Asiya qitələrində əhalinin əksəriyyətini gənclər təşkil edəcək. O bildirib ki, dünya üzrə işsizlərin 40 faizi gənclərdir. Onların işlə təmin olunması üçün milyonlarla iş yeri açılmalıdır. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda gənclərlə bağlı tədbirlərin reallaşdırıldığını, proqramlar qəbul olunduğunu qeyd edib. Ölkəsində ən gənc nazir olan Albaniyanın sosial rifah və gənclər naziri Erion Veliaj gənclərin cəmiyyətdə müsbət dəyişikliklər üçün çalışmasını xüsusi vurğulayıb. O bildirib ki, indiki gəncləri son model telefon almaq maraqlandırır, nəinki özünün gələcəyini daha parlaq etmək uğrunda çalışmaq. Albaniyalı nazir vurğulayıb ki, 20 il bundan əvvəl veb-dizayner, sosial media meneceri kimi peşələr yox idi. Hazırda isə bu peşələrin sahibləri məhz gənclərdir. Nazirin fikrincə, gəncliyə yatırılan sərmayə həmişə bəhrəsini verəcək. İbero-Amerika Gənclər Təşkilatının baş katibi Alejo Ramirez Latın Amerikası ölkələrində gənclər siyasətindən danışıb. O, yaşadığı regionda gənclərlə bağlı bir sıra ölkələrin modelinin özünü doğrultmadığını, Cənubi Amerikada gənclərin gələcəyi ilə bağlı yeni yanaşma lazım olduğunu bildirib.
Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədr müavini xanım Hanan Bihi isə qeyd edib ki, müasir gənclərin arzusu mövcud imkanlardan daha çox istifadə edə bilməkdir. O, təmsil etdiyi quruma 30 gənclər təşkilatının üzv olduğunu deyib və Bakı Forumunun gənclərin fəaliyyətini əlaqələndirmək üçün mühüm rol oynayacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info