Almaniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
Tarix: 29.10.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Almaniyada keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Hannover şəhərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Hannover Konqres Mərkəzində keçirilən konsertdə çıxış edən səfir Pərviz Şahbazov deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir, həmçinin ölkəmizin sürətli inkişafı, zəngin musiqi ənənələrindən danışıb, Azərbaycanın “konservatoriyası” kimi tanınan Qarabağın qonşu Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırıb.
Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva Azərbaycanda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviqi və gənclərin təhsili sahəsində mühüm işlər görüb.
Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə milli və klassik musiqilər səsləndirilib.
Qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunub. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.
Tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış olublar.
Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Hannover Şəhər Böyük Bələdiyyə sədrinin müavini Tomas Herrman, Aşağı Saksoniya federal torpağı parlamentinin deputatları, Hannover şəhər şurasının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatı korpusun təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı
22.11.2020
ÜST-dən qorxunc açıqlama – Üçüncü dalğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info