“The Hill”: “Erməni gənclərin 80 faizi ölkədə perspektiv görmədiyi üçün xaricə can atır”
Tarix: 29.10.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan “The Hill” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi dərc edilib.
“Xüsusi maraqlar tərəfindən manipulyasiya Amerikanın xarici siyasətinə zərər vurur” başlıqlı məqalədə, əsasən erməni lobbisinin ABŞ-ın milli maraqlarına vurduğu ziyandan, rəsmi Yerevanın işğalçılıq siyasətindən və bu siyasət nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən, eləcə də ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı uğursuz fəaliyyətindən bəhs olunur.
Müəllif bildirir ki, ABŞ da daxil olmaqla, heç bir dövlətin tanımadığı qondarma “dqr” Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qurulub. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqı etnik təmizləməyə məruz qalıb, 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından didərgin salınıb. Həmçinin müəllif müqayisə üçün qeyd edir ki, bu gün Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının sahəsi ABŞ-ın ikinci ən böyük şəhəri olan Los-Ancelesin ərazisindən 13 dəfə böyükdür.
Məqalədə qeyd olunur ki, erməni lobbisi Amerika siyasətinə müdaxilə üçün bu qədər resurs sərf etmək əvəzinə, müdafiə etdikləri ölkədə - Ermənistanda tüğyan edən problemlərə diqqət yetirsələr daha yaxşı olardı. Bu səpkidə, beynəlxalq göstəricilərə istinad edilərək, Ermənistandakı demoqrafik və sosial-iqtisadi iflasdan bəhs olunur. BMT-nin Əhali Fondunun hesabatlarına istinadən qeyd edilir ki, davamlı böhran vəziyyətində olan Ermənistan əhalisinin böyük qismi, xüsusilə də gənc nəslin 80 faizi ölkədə hər hansı perspektiv görmədiyi üçün xaricə köçməyə can atır. Müəllif yazır: “Ermənistanın sosial infrastrukturu getdikcə pisləşir. Durğunluq dövrü yaşayan ölkə iqtisadiyyatı böyük həcmdə xarici yardım və ianələrdən asılıdır. Ölkə siyasəti geniş şəkildə yayılmış korrupsiya məngənəsindədir”. Həmçinin bildirilir ki, Ermənistandakı etnik və dini azlıqların da vəziyyəti ağır olaraq qalmaqdadır. Bu səpkidə qeyd olunur ki, Anti-Defamasiya Liqasının son sorğusuna əsasən, Ermənistanda anti-semitizmin səviyyəsi 58 faizdir. Bu isə bütün keçmiş SSRİ və Şərqi Avropa ölkələri arasında ən yüksək göstəricidir.
Daha sonra müəllif bunun müqabilində Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən, o cümlədən sosial-iqtisadi sahədə əldə olunmuş inkişaf səviyyəsindən və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursundan bəhs edir. Bildirir ki, Azərbaycan 75 milyard dollarlıq iqtisadi gücü ilə Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80 faizinə nəzarət etməkdə, öz enerji sərvətlərindən səmərəli şəkildə istifadə edərək, gələcək nəsillərin rifahı naminə böyük işlər həyata keçirməkdədir. Həmçinin qeyd olunur ki, aparılan uğurlu siyasət nəticəsində 2001-ci ildə 50 faiz olan yoxsuluq səviyyəsi, bu gün artıq 5 faizə düşüb. Eyni zamanda, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrindən də söhbət açılır.
Məqalədə Azərbaycan-ABŞ münasibətlərinə də diqqət çəkilir. Belə ki, iki ölkə arasında güclü əlaqələrin olduğu vurğulanaraq, əməkdaşlıq münasibətlərindən bəhs edilir, Azərbaycanın Əfqanıstana öz sülhməramlı qüvvələrini göndərdiyi və ABŞ-ın oradakı hərbi kontingenti üçün mühüm nəqliyyat dəhlizi təmin etdiyi bildirilir.
Bununla belə müəllif qeyd edir ki, ABŞ-dakı erməni lobbisi bu münasibətləri pozmaq üçün ciddi cəhd göstərir və bu zaman sadəcə Azərbaycanın deyil, ABŞ-ın da maraqlarına ziyan vurur.
Müəllif, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun uğursuzluğuna diqqət çəkərək, bildirir ki, bu uğursuzluğun əsas səbəbi ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, işğala son qoyulması və qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan vermək üçün Ermənistana sanksiyalar və ya başqa formada real təzyiqin tətbiq olunmamasıdır.
Məqalədə həmsədrlərin bu işdə kifayət qədər səy göstərmədiyi qeyd olunaraq vurğulanır ki, bu da öz növbəsində Ermənistanı və erməni lobbisini Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi cinayətləri ört-basdır etməyə və işğalı qanuniləşdirməyə cəsarətləndirir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info