“Naxçıvanın ehtiyaclarını qarşılamaq üçün Türkiyə Azərbaycanla əməkdaşlığını davam etdirəcək”
Tarix: 29.10.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Türkiyə və Azərbaycan qısa zamanda ciddi iqtisadi nailiyyətlər əldə ediblər. Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun Türkiyə-Azərbaycan iqtisadi münasibətlərini şərh edərkən bildirib.
O, qeyd edib ki, hər iki dövlət siyasi sabitliyi qoruyub saxlamaqla yanaşı, bunu bəşəriyyətin inkişafı istiqamətində istifadə edə bildi: "Azərbaycan və Türkiyənin iqtisadi layihələrinin xüsusiyyəti ondan ibarətdir ki, bu layihələr sadəcə iki ölkənin deyil, region ölkələrinin də rifahına xidmət edir".
Səfir deyib ki, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan və Türkiyənin həyata keçirdiyi önəmli layihələrdən biridir: "Təbii ki, TANAP layihəsi də ən öndə gələn layihələrdən biridir. TANAP və TAP layihələri dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün önəmli layihələrdir və Azərbaycan və Türkiyənin bu layihələrlə qürur duyması ilə yanaşı, dünya ölkələri də bu layihələrə sahib çıxmalıdır".
İsmayıl Alper Coşqun vurğulayıb ki, Azərbaycan və Türkiyə həyata keçirdikləri bütün enerji layihələrində Naxçıvanı da nəzərə alırlar.
Səfir deyib ki, Türkiyə və Azərbaycanın əldə etdiyi razılaşmalar arasında Ərzurum-Qars-İğdır qaz xəttinin və Bakı-Tbilisi-Qars dəmiryolunun Naxçıvana qədər uzadılması da var: "Hazırda bu layihələr üzrə danışıqlar davam edir".
Onun sözlərinə görə, Naxçıvanın bütün ehtiyaclarını qarşılamaq üçün Türkiyə Azərbaycanla əməkdaşlığını davam etdirəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info