İrandan sanksiyalarla üzləşən Rusiyaya daha bir dəstək
Tarix: 29.10.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


İran yaxın üç il ərzində Rusiyaya 120 milyon dollar dəyərində dərman və dərman preparatları ixrac edəcək. Bunu hazırda Rusiyada səfərdə olan İran Prezidentinin elm və texnologiyalar üzrə müavini Surena Səttari deyib.
İran Televiziyasının rəsmi xəbər saytı “iribnews”-un verdiyi məlumata görə, hazırda İrandan ildə 30 milyon dollar dəyərində dərman və dərman preparatları Rusiyaya ixrac olunur ki, onlar arasında dağınıq skleroz (MS) və xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən dərmanlar çoxluq təşkil edir.
S.Səttari deyib ki, İran nanotexnologiyalar sahəsində dünyada yeddinci ölkədir: “İran yeni tərkibli dərmanların istehsalı sahəsində nailiyyətlər əldə edib. Bu sahədə Rusiya ilə əməkdaşlıq edəcəyik”.
İran prezidentinin müavinini Rusiyaya səfərdə dərman, tibbi texnologiya, neft-qaz və nanotexnologiyalar sahəsində çalışan mütəxəssislər müşayiət edir. Səfər çərçivəsində Rusiya rəsmiləri ilə görüşlər təşkil olunub.
Surena Səttarinin başçılıq etdiyi nümayəndə heyəti Tatarıstana da səfər edəcək. Burada neft və qaz araşdırmaları mərkəzlərinə baxış keçiriləcək.
Xatırladaq ki, bir müddət öncə İran rəsmiləri Rusiyaya bu ölkədən balıq ixracının artırılacağı barədə bəyanat vermişdilər. Bunun üçün İranın kifayət qədər potensialının olduğu və hər iki ölkə prezidenti arasında keçirilən görüşdə razılaşmanın da əldə edildiyi vurğulanmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info