Alman səfir prezidentlərin görüşündən danışdı
Tarix: 29.10.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Almaniyanın Ermənistandakı səfiri Rayner Morel oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə “Mediamaks” xəbər yayıb.
Böyük Britaniya səfiri ilə birgə keçirilən mətbuat konfransında diplomat deyib: “Biz Fransa Prezidentinin görüş təşkil etmək təşəbbüsünə çox şad olduq, lakin ifrat dərəcədə nikbin olmaq və bir görüşdən böyük nəticələr gözləmək olmaz. Liderlər arasında dialoqun davam etdirilməsi vacibdir və bu il ərzində onlar artıq üçüncü dəfə görüşüblər”.
Rayner Morel əlavə edib ki, iki ölkə liderləri “məzmunlu danışıqlara cəlb olunmağa çalışmalıdır”.
Səfirin sözlərinə görə, Almaniya ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və bu formatın danışıqların davam etdirilməsi üçün yeganə əlverişli format olduğunu hesab edir.
Böyük Britaniyanın səfiri Ketrin Liç isə Azərbaycan və Ermənistan prezidentlərinin tez-tez görüşməyə başladıqlarını məmnunluqla qeyd edib.
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info