Astarada dənizkənarı bulvar
Tarix: 29.10.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq fevral ayında Astara şəhərində dənizkənarı bulvarın tikintisinə başlanılıb. 8 hektar ərazidə salınan park-bulvarın tikintisi üçün 250 min kubmetrə yaxın torpaq daşınıb, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı betonlanıb. Bununla yanaşı, 7 min kvadratmetr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb.
Ərazidə 150-dən çox ağac əkilib, suvarma sistemi quraşdırılıb, fəvvarə inşa edilib. Hazırda daha iki şəlalənin tikintisi və uşaqların istirahəti üçün attraksionların quraşdırılması işləri davam etdirilir. Bulvar ərazisində əyləncə mərkəzinin, 1200 nəfərlik amfiteatr, çay evi və kafenin, mini-futbol və voleybol meydançalarının tikintisi də nəzərdə tutulub. Rayona gələn turistlərin və qonaqların istirahətinin maraqlı və mənalı keçməsi üçün bulvara yaxın ərazidə “Astara AAAF Park” kompleksi salınıb, burada mövcud bina yenidən qurularaq üçmərtəbəli hotel və ona yanaşı 12 ədəd ikimərtəbəli kottec inşa edilir. Rayon sakinlərinin əsl istirahət yerinə çevriləcək dənizkənarı bulvarda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info