Sloveniyanın Milli İctimai Radiosunda Azərbaycan haqqında veriliş
Tarix: 29.10.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Sloveniya Milli İctimai Radiosu (Radio SLO 1) “Dünyanı mənimlə gəz” adlı layihəsi çərçivəsində növbəti buraxılışını Azərbaycana həsr edib. İctimai Radionun tanınmış aparıcı jurnalisti Lidija Petkoviçin hazırladığı bir saatlıq verilişdə Azərbaycanın qədim adət-ənənələri, zəngin mədəniyyəti, füsunkar təbiəti, o cümlədən son illər ölkəmizdə həyata keçirilən qlobal sosial, iqtisadi layihələr haqqında dinləyicilərə ətraflı məlumat verilib.
Verilişin qonağı olan Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev Azərbaycanla Sloveniya arasındakı dostluq əlaqələrinin inkişaf tarixindən danışaraq, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunması üçün həyata keçirilən məqsədyönlü islahatlardan bəhs edib.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanla dünya ölkələri arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını bildirən diplomat bu siyasətin Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı jurnalistin sualını cavablandıran Azər Xudiyev son iki əsrdə ermənilərin Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasəti haqqında radio dinləyicilərinə ətraflı məlumat verib. Diplomat Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın hələ də qaçqın kimi münaqişədən əziyyət çəkdiyini bildirib. Ermənistan rəhbərliyinin apardığı dağıdıcılıq siyasətinin tək Azərbaycanda deyil, bütövlükdə bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına əngəl olduğunu vurğulayıb.
Azərbaycanın idman və turizm sektorunun, qədim mədəniyyət abidələrinin, müasir əyləncə mərkəzlərinin təbliğini özündə əks etdirən verilişdə dinləyicilər Azərbaycanın xalq və klassik musiqi əsərləri ilə tanış olublar. Milli İctimai Radionun internet saytında isə Azərbaycanın zəngin mədəniyyətini və müasir inkişafını özündə əks etdirən foto-informasiya materialları yerləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info