Dövlət Əmək Müfəttişliyi Xidməti QHT-lərlə əməkdaşlığa başlayır
Tarix: 29.10.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərlə iş sahəsində aidiyyatı QHT-lərlə əməkdaşlığa başlayıb. Bununla əlaqədar oktyabrın 29-da DƏMX-də QHT-lərə Dövlət Dəstəyi Şurasının və aidiyyatı QHT-lərin nümayəndələrinin iştirakı ilə yeni sistem barədə vətəndaş cəmiyyətlərində məlumatlılığının artırılması və qeyd olunan sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda, habelə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətlərinin iştirakının əsas vəzifələrdən biri kimi müəyyən edildiyini vurğulayıb: “Cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq istiqamətində mühüm addımlarından biridir. Sənəddə bir çox sahələrlə yanaşı, əmək hüquqlarının müdafiəsi, əməyin ödənilməsi və mühafizəsi istiqamətində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur”.
F.Əlizadə cari il iyulun 1-dən fəaliyyətə başlayan əmək müqaviləsi bildirişləri üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlər arasında müvafiq təbliğat və təşviqat işlərinin aparılmasının bu sahədə səmərəli əməkdaşlıq müstəvisi olduğunu diqqətə çatdırıb: ”Qısa müddətdə Azərbaycanda belə bir mütərəqqi sistem işə salınmaqla, əmək münasibətlərinin demək olar ki, böyük əksəriyyəti sistemdə elektron qeydiyyata götürülüb. Bu isə işçilərin və işəgötürənlərin qanunvericiliklə müəyyən olunan hüquqlarının təminatına, ümumən əmək bazarına daha operativ və effektli dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradıb. Hesab edirəm ki, vətəndaş cəmiyyətləri özlərinin təbliğat və təşviqat vasitələrindən istifadə etməklə bu prosesin uğurla davam etdirilməsinə öz töhfələrini verəcəklər”.
Tədbirdə ayrı-ayrı QHT-lərin nümayəndələri fikirlərini bölüşərək, ƏƏSMN-nin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq səylərini yüksək dəyərləndiriblər . Onlar ölkəmizdə tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS-in önəmli cəhətlərini qeyd edərək, bu sistemin işçilərin hüquqlarının təminatında ciddi dönüş mərhələsi açdığını, hər bir işəgötürənin bu islahat tədbirində fəal iştirakı üçün müvafiq dəstəyi göstərəcəklərini vurğulayıblar. Seminar-treninqdə DƏMX-in mütəxəssisləri tərəfindən EİS, onun texniki infrastrukturu, sistemdən istifadə prosedurları və s. barədə məlumatlar verilib, əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info