Metropolitendə təlim-tədris mərkəzi fəaliyyətə başlayıb
Tarix: 29.10.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC-nin yeni yaradılmış təlim-tədris mərkəzində ilk məşğələ aparılıb.
“Bakı Metropoliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ilk kurs metropolitendə ilk dəfə tətbiq ediləcək Fransanın “Thales” şirkəti yeni Bənövşəyi xətdə SCADA (supervisory control and data acquisition - dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinə həsr olunub.
Onun sözlərinə görə, təlim şirkətin bu sahədə ixtisaslaşmış nümayəndəsi Erik Monua tərəfindən aparılıb. Təlimin əsas mövzuları dəmiryol sistemləri, yol infrastrukturu, elektrik təchizatı və dartı qüvvəsi, işarəvermə və rabitə sistemləri, lokomotiv təsərrüfatı, funksionallığı, dartı sistemi, texniki təchizat, xidmət sahələri və təhlükəsizlik texnikası, əməyin və ətraf mühitin mühafizəsindən ibarətdir. Bu prosesə praktiki məşğələlər də əlavə olunacaq.
N. Paşayev bildirib ki, bunun əsasında təlimdə iştirak edənlərin kursu mənimsəməsi qiymətləndiriləcək və onlar arasında ən bacarıqlılar ölkə xaricində konkret ixtisas kurslarına cəlb ediləcəklər.
Qeyd edək ki, “Thales”in bir neçə ölkədə tədris mərkəzi var. Bakı metropoliteni mütəxəssislərinin daha dərin bilikləri Kanadanın Toronto və Türkiyənin İstanbul metropolitenlərini alacağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info