UNİCEF: “Varlı ölkələrdə yoxsul uşaqların sayı artır”
Tarix: 29.10.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“2012-ci ildə 24,2 milyon amerikan uşağı yoxsul olub, bu isə 2008-ci illə müqayisədə 1,7 milyon nəfər çoxdur”

Sən demə, çoxlu sayda uşaqların qisməti olan kasıblıq təkcə inkişaf etməkdə olan ölkələrdə yox, inkişaf etmiş ölkələrdə də müşahidə edilir. Bu nəticəyə UNİCEF-in “Resessiya uşaqları” adlı məruzəsində gəlinib. Bu mənbəyə görə, 2008-ci ildən başlayaraq, ən varlı ölkələrdə yaşayan 2,6 milyon uşaq yoxsulluq həddində yaşayır. Yoxsul sayılmayan ölkələrdə dilənçi kökündə yaşayan azyaşlı vətəndaşların sayı isə 76,5 milyon nəfər təşkil edir. Məsələn, Yunanıstan, İrlandiya, İslandiya, Latviya və Xorvatiyada uşaq yoxsulluğu 50 faiz təşkil edir. Bu vəziyyətin əsas səbəbi iqtisadi böhran və sosial ehtiyaclara aid büdcə kəsirləridir.
ABŞ-da böhran fonunda uşaqlar arasında yoxsulluğun səviyyəsi, 1982-ci il resessiyası zamanında olduğundan daha çox artıb. Sosial müdafiə tədbirləri yoxsulluqla mübarizədə mühüm rol oynasa da, işsiz valideynləri olan aztəminatlı ailələrə az təsir edib.
Qeyd edilir ki, 2012-ci ildə 24,2 milyon amerikan uşağı yoxsulluqla yaşayıb, bu isə 2008-ci illə müqayisədə 1,7 milyon nəfər çoxdur.
18 ölkə isə uşaq yoxsulluğunu azalda bilib. Avstraliya, Norveç, Polşa, Slovakiya, Finlandiya və Çilidə yoxsul uşaqlar 30 faiz azalıblar.
Ekspertlərin fikrincə, uşaqlar arasında yoxsulluğun aradan qaldırılması üçün həlledici faktor sosial müdafiənin gücləndirilməsidir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info