Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər Fransa televiziyasında
Tarix: 29.10.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Fransanın “24 saat” televiziya kanalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, xüsusilə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edən veriliş yayımlanıb. Verilişdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təqdim olunub, 1988-ci ildə regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın apardığı işğalçılıq siyasətinin qanlı müharibəyə gətirib çıxardığı vurğulanıb. Azərbaycanlılara nifrət hissi bəsləyən ermənilərin 1992-ci ildə Xocalıda aralarında qadınlar, uşaqlar və yaşlılar da olmaqla dinc sakinlərə qarşı dünyada görünməyən vəhşiliklər törətdikləri, soyqırımı həyata keçirdikləri, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində 30 min insanın həlak olduğu, bir milyondan artıq azərbaycanlının silah gücünə zorla doğma ata-baba yurdlarından didərgin salındığı diqqətə çatdırılıb. Dağlıq Qarabağda heç bir hüquqi əsası olmadan yaradılan qondarma rejimin beynəlxalq birlik tərəfindən tanınmadığı xüsusi qeyd edilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə, Avropa Şurası Parlament Assambleyasının isə 1416 saylı qətnamə qəbul etdiyi, lakin bu günə qədər həmin sənədlərə əməl olunmadığı bildirilib.
ATƏT-in Minsk qrupunun problemin danışıqlar yolu ilə həlli istiqamətində səylərinin indiyədək nəticəsiz qaldığı qeyd edilən verilişdə münaqişənin hər an yenidən başlamaq təhlükəsinin mövcud olduğu vurğulanıb.
Verilişdə çıxış edən azərbaycanlı jurnalist “dənizdən-dənizə böyük Ermənistan yaratmaq” kimi mənasız xülyaya düşən Ermənistanın işğalçılıq siyasətindən, məcburi köçkün isə ailəsinin başına gətirilən müsibətlərdən söhbət açıb.
Verilişdə göstərilən Azərbaycan xəritəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunmuş Azərbaycan əraziləri kimi qeyd edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info