Mingəçevirdə mənzil fondunun idarə edilməsində yeni üsullarınn tətbiqi müzakirə edilib
Tarix: 29.10.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Mingəçevir şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Mənzil fondunun idarə edilməsində yeni üsulların tətbiqi” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin və çoxmənzilli binalarda yaradılan məhəllə komitələrinin nümayəndələri, mənzil mülkiyyətçiləri və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri iştirak edib. Tədbirin keçirilməsinin əsas məqsədi mənzil fondunun idarə olunmasının yeni üsullarının tətbiqi barədə Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəhər bələdiyyəsi, mənzil-kommunal sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri, eləcə də mənzil mülkiyyətçiləri ilə birgə müzakirələrin aparılması və ictimaiyyətin bu sahədə maarifləndirilməsidir.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Mingəçevirdə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, Mingəçevirdə belə tədbirin təşkilinin əhalinin mənzil fondunun idarə edilməsi sahəsində məlumatlandırılmasında əhəmiyyətini vurğulayıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib.
Məcəllə qabaqcıl dövlətlərin təcrübəsi əsasında, ölkənin milli xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Sənəddə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, mənzil-kommunal sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və aparılacaq islahatların əsas istiqamətləri müəyyən olunub. Məcəllədə yeniliklərdən biri də dövlət mənzil fondu ilə yanaşı, bələdiyyə mənzil fondu və özəl mənzil fondunun da müəyyən olunmasıdır. Dövlət mənzil fondunun idarə olunması dövlət tərəfindən, bələdiyyə mənzil fondu bələdiyyələr və özəl mənzil fondu isə mülkiyyətçilərin özləri tərəfindən idarə olunmalıdır.
Yeni Məcəllənin əvvəlki Məcəllədən prinsipial fərqi çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə - yəni sakinlərə məxsus olması və onun istismarı və saxlanması məsələləridir. Belə ki, yeni qanunvericiliyə görə yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir.
Bildirilib ki, dövlət başçısının müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsini təmin etmək İqtisadiyyat və Sənaye Nazirliyin fəaliyyət istiqamətlərinə aid edilib. Bu istiqamətdə Nazirlik tərəfindən müvafiq işlər görülür. Belə ki, bu sahəyə dair zəruri məlumat bazası formalaşdırılmış, həmçinin normativ-hüquqi sənədlər hazırlanıb. Mənzil fondunun yeni idarəetmə metodlarının tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görülür ki. Artıq 6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib, daha bir neçə kondominiumun yaradılması üzrə işlər davam etdirilir. Bu sahədə həyata keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcədə yeni idarəetmə metodlarının tətbiqi üçün Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” layihəsi icra olunur.
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxış edərək vurğulayıb ki, Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilib. İnstitut bu istiqamətdə elmi əsasların işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarə edilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, bu sahənin modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi üzrə tədqiqatlar aparır və müvafiq təklif və tövsiyələr hazırlayır.
Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin əməkdaşı Arif Nəzərov mənzil fondunun idarə olunmasının yeni üsulları və təşkili, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda bu sahədə görülən işlər, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması barədə təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” və maarifləndirici broşurlar paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info