“Bakı 2015” Avropa Oyunları güləş üzrə nümayiş keçirib
Tarix: 30.10.2014 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının altı nəfər üzvünün iştirakı ilə güləş idman növünün nümayişi keçirilib.
Əməliyyat Komitəsindən verilən məlumata görə, güclü idmançılar bir sıra yoldaşlıq oyunlarında işçi heyətinin 500 nəfərdən çox üzvü qarşısında öz bacarıqlarını və texniki fəndlərini nümayiş etdiriblər.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Gərgin iş qrafiki ilə vaxt ayırıb bacarıqlarını bizim əməkdaşlarımıza nümayiş etdirdikləri üçün Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk.
Güləş gələn il keçiriləcək İlk Avropa Oyunlarında çox populyar idman yarışı olacaqdır. Belə ki, Azərbaycanın bir sıra gənc idmançılarının ofisimizə gəlməsi bizim üçün şərəf oldu”.
Azərbaycan Güləş Federasiyasının baş katibi və güləş nümayişinin izahında köməklik göstərmiş Əjdər Cəfərov da tədbir iştirakçılarının arasında idi.
Cəfərov deyib: “Gənc idmançılarımız “Bakı 2015” komandasının üzvlərinə öz istedadlarını nümayiş etdirmək imkanı əldə etdilər.
Biz gələn il keçiriləcək “Bakı 2015” Avropa Oyunlarında öz ölkəmizi təmsil etməyi böyük səbirsizliklə gözləyir və Oyunlar başlayanda bütün Azərbaycanın qürur hissi duyacağına ümid edirik”.
Kişilər üzrə Sabutay Amışov və Fizuli Hüseynov (sərbəst güləş), İsmayıl Məmmədov və Pərvin Abdullayev (Yunan-Roma güləşi), qadınlardan isə Sahilə Ocaqverdiyeva və Adelina Mirzəyeva güləş idmanı nümayişində iştirak etmiş yeniyetmə güləşçilər idi.
Gələn il baş tutacaq Avropa Oyunlarında güləş idmanı üzrə yarışlar altı gün müddətində Heydər Əliyev adına Arenada keçiriləcək və orada təxminən 480 idmançı 24 qızıl medal uğrunda mübarizə aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info