Heydər Əliyev Fondunun vitse-prezidenti Rusiyada uşaq evləri və internat məktəbində olub
Tarix: 30.10.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.
Fonddan verilən məlumata görə, şəhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evinin baş həkimi Natalya Nikiforova Leyla Əliyevaya məlumat verdi ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var. Xəstə uşaqlar bu müəssisədə dörd il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər. Burada uşaqların müalicəsi, tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Eyni zamanda, xəstə uşaqların Rusiyanın ən qabaqcıl tibb müəssisələrində müalicəsi təşkil edilir. N.Nikiforova qeyd etdi ki, Sankt-Peterburq Dövlət Universitetinin psixologiya fakültəsinin alimləri 13 nömrəli uşaq evində apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ömrünün ilk iki ilini yad insanların əhatəsində keçirən körpələr ünsiyyətdən məhrum olurlar. Bu tədqiqatlar əsasında müəssisənin fəaliyyətində dəyişiklik edilib və burada uşaqlar üçün ev şəraitinə yaxın sabit sosial mühit yaradılıb.
Baş həkim həmin tədqiqatların nəticəsi olaraq ərsəyə gələn “Sosial-emosional təcrübədə ilkin dəyişikliklərin uşaq evlərində tərbiyə alan uşaqların inkişafına təsiri” (“Влияние изменения раннего социально-эмоционального опыта на развитие детей в домах ребенка”) kitabını Leyla Əliyevaya hədiyyə edib.
Leyla Əliyeva uşaq evində yaradılan şəraitlə tanış olub, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxıb. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olunub. Uşaq evinin kollektivi Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya minnətdarlığını bildirib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə olub.
Mərkəzin direktoru Oksana Zabelina və Sankt-Peterburqun Moskva rayonu administrasiyası başçısının səlahiyyətlərini yerinə yetirən Vladimir Uşakov Leyla Əliyevaya müəssisə barədə məlumat verərək bildiriblər ki, mərkəz 1957-ci ildə Uşkovo qəsəbəsində məktəbəqədər uşaq evi kimi yaradılıb. Sonradan Rusiyanın şimal paytaxtının Moskva rayonuna köçürülərək mərkəz kimi fəaliyyətə başlayıb. Yetmişə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı mərkəzdə hovuz və dərnək məşğələləri üçün otaqlar var. Uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçir, onların gələcəkdə müstəqil həyata sosial adaptasiyası üçün tədbirlər görülür. O.Zabelina, həmçinin vurğuladı ki, hazırda mərkəzdə çalışan 6 tərbiyəçi bu müəssisənin yetirməsidir.
Leyla Əliyeva mərkəzin otaqlarını gəzib. Uşaqlar Heydər Əliyev Fondunun vitse-prezidentinə öz əl işlərini hədiyyə ediblər. Sonda Heydər Əliyev Fondu adından mərkəzə müasir kompüter avadanlığı hədiyyə olunub. O.Zabelina mərkəzin kollektivi və burada tərbiyə alan uşaqlar adından Leyla Əliyevaya minnətdarlığını bildirib.
Leyla Əliyeva görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də olub. Müəssisənin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verib. Bildirilib ki, internat məktəbinin tarixi 1881-ci ildə Rusiyada ilk dəfə tanınmış ictimai xadim Konstantin Qrotun görmə qabiliyyətini itirmiş oğlanlar üçün açdığı məktəbdən başlayır. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında fəaliyyət göstərir. İnternat məktəbində xüsusi olaraq bu kateqoriyadan olan şagirdlər üçün hazırlanmış dərsliklər vasitəsi ilə bütün fənlər tədris edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti fənn kabinələrini gəzib, kitabxana və fonoteka ilə tanış olub, şagirdlərlə söhbət etdi, onlarla xatirə şəkilləri çəkdirib.
Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində olub. Burada Diana Qurtskayanın “Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların ifa etdikləri musiqiləri dinlədi, onlarla xatirə şəkli çəkdirib.
İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info