“Doing Business-2015“ hesabatında Azərbaycan 8 pillə irəliləyib”
Tarix: 30.10.2014 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Azərbaycanda biznesə başlamaq inkişaf etmiş ölkələrlə müqayisədə yaxşı qiymətləndirilir”

Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə hazırladığı məşhur “Bizneslə Məşğul Olmaq” (Doing Business-2015) hesabatını açıqladı. Hesabatda 80-ci yerdə olan ölkəmiz Dünya Bankının qiymətləndirməsinə əsasən 2014-cü ildə dünyanın 10 ən çox islahat aparan ölkələr sırasına daxil edilib. Azərbaycanın hesabatdakı yeri eyni zamanda əvvəlki il ilə müqayisədə 8 pillə irəlləyib. Bu barədə bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, bəzi mətbu qurumlarda Azərbaycanın hesabatdakı yerinin geriləməsi ilə bağlı yazılanlar doğru deyil: “Bu, Dünya Bankının hesabatın hazrılanması ilə tətbiq etdiyi metodologiyaya edilən dəyişikliklər barədə məlumatsızlıqdan doğub. Belə ki, bu ildən başlyaraq Dünya Bankı hesabatda ölkələr üzrə balların hesablanması üçün yeni metodologiyadan istifadə etməyə başlayıb. Buna uyğun olaraq, ölkələrin əvvəlki illər üzrə yerləri də məhz yeni metodologiyaya uyğun olaraq hesablanmağa başlanılıb. Ötən il Azərbaycanın hesabatda yeri yeni metodologiyaya əsasən 88 olub. Bu baxımdan, yenidən metodolgiyaya əsasən qiymətləndirmə göstərir ki, Azərbaycanın əvvəlki ilə nisbətən 2014-cü ildə mövqelərini 8 pillə gücləndirə bilib”.
Hesabata görə, Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada 10-cu yeri tutur: “Hesabata əsasən, ölkəmiz biznesə başlamağın asanlığı üzrə 12-ci, müqavilələrə riayət olunması üzrə 31-ci, vergilərin ödənilməsinin sadəliyinə görə 33-cü, Kiçik investorların müdafiəsi imkanlarına görə 51-ci, müflisləşmə proseduralarının sadəliyinə görə 94-cü, kreditlərə çıxış imkanlarına görə 104-cü, tikinti üçün icazələrin alınmasına görə 150-ci, elektrik şəbəkəsinə qoşulmağın asanlığına görə 159-cu, nəhayət sərhədyanı ticarət, yəni gömrük prosedurlarının mürəkkəbliyinə görə, dünyada 166-cı yeri tutur”.
Ekspertə görə, "Doing Business-2015" hesabatında Azərbayanın 8 pillə irəliləməsinə səbəb, əmlakın qeydiyyatının daha da yaxşılaşdırılması (11-ci yerdən 10-cu yerə), vergilərin ödəniş səviyyəsinin yüksəldilməsi (65-ci yerdən 33-cü yerə), tikintiyə icazə ilə bağlı prosedurların nisbətən sadələşdirilməsi (167-ci yerdən 150-ci yerə), elektrik şəbəkəsinə çıxış imkanlarının artırılması (161-ci yerdən 169-cu yerə) olub: “Biznesə başlama”da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, “Əmlakın qeydiyyatı”nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin ödənişi”ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb”.
Ekspert qeyd edir ki, Azərbaycan 2014-ci ildə ən çox islahat aparan ölkələr sırasında olmasında sənaye ili daxilində həyata keçirilməsi, xüsusən də Prezident İlham Əliyevin martın 3-də “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayaraq hökumət qarşısında islahatların sürətləndirilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirməsi ilə bağlıdır: “Qeyd edək ki, sözügedən sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrinin minimumlaşdırılması olan bu fərman biznes mühitinin yaxşılaşdırılması ilə bağlı konkret vəzifələr müəyyənləşdirib. Eyni zamanda, bu il Prezidentin digər fərmani ilə bir sıra dövlət qurumlarında xidmətlərin elektronlaşdırılması həyata keçirilib. “ASAN” xidmətin səlahiyyətlərinin genişləndirilməsi də məhz bu islahatlardan hesab edilir. Eyni zamanda, ölkə Prezidentinin imzaladığı digər sənədlər ilə sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi, iş adamlarının fəaliyyətinə geniş imkanların yaradılması ilə bağlı hüquqi mühit təkmilləşdirilib. Bu isə təbii ki, Azərbaycanda bizneslə məşğul olmaq mühitinin yaxşılaşdırılmasına və bu istiqamətdə yeni imkanların acılmasına gətirib çıxarıb.
Qeyd edək ki, Dünya Bankının sonuncu hesabatına əsasən ölkəmizdə biznesə başlamaq bu sahədə vəziyyət kifayət qədər yaxşı hesab edilir. Belə ki, biznesə başlamaq indikatoruna görə, Azərbaycan dünyada 11-cidir. Biznesi qeydiyyatdan keçirmək üçün tələb edilən proseduların sayı 3, günlərin sayı isə 5-dir. Bu göstəriciyə görə, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir. İnkişaf etmiş ölkələrinin birləşdiyi bu qurumda sözügedən göstəricilər uyğun olaraq 5 və 9-dur. Region ölkələrində isə sözügedən göstəricilər uyğun olaraq 5 və 12-dir. Deməli, biznes fəaliyyətinə başlamaq Azərbaycanda hətta inkişaf etmiş ölkələr ilə müqayisədə belə yaxşı qiymətləndirilir”.
Hesabatda tikintidə icazənin alınması ilə bağlı istiqamətdə Azərbaycanın mövqeyinin 17 pillə yaxşılaşdırılması bu məqsədlə tələb edilən günlərin sayının azaldılması ilə bağlıdır: “Belə ki, hesabata əsasən bu məqsədlə ölkəmizdə 151 gün tələb edilir və bu da OECD ölkələri üzrə orta göstərici ilə, demək olar, eynidir. Avropa və Orta Asiyanın daxil olduğu regionda isə tələb edilən günlərin sayı 177-dir. Bu isə onu göstərir ki, bu sahədə də Azərbaycan region üzrə orta göstəricidən daha yaxşı vəziyyətə malikdir. Ölkə Prezidentinin son fərmanında tikintidə icazə sisteminin daha yaxşılaşdırılmasının nəzərdə tutulduğunu nəzərə alsaq bu sahədə islahatların davam etdiriləcəyini söyləmək çətin deyil”.
Əmlakın qeydiyyatına görə, dünyada ən yaxşı onluğa daxil olan Azərbaycan bu istiqamət üzrə bütün göstəricilərdə OECD və region ölkələrini geridə qoyur: “Belə ki, əmlakın qeydiyyatı üzrə ölkəmizdə cəmi 3 prosedura tələb olunursa, bu göstərici region dövlətlərind 5.4, OECD ölkələrində 4.7-dir. Tələb edilən günlərin sayı isə ölkəmizdə cəmi 8.5-dir. Bu göstəriciyə görə region və OECD ölkələrini kəskin üstələyirik. Region ölkələrində bu göstərici 23.1, OECD dövlətlərində isə 24-dir. Praktik olaraq, hesabat təsdiq edir ki, Azərbaycanda çox az sayda proseduralardan keçərək elektron formada əmlakın qeydiyyatının aparılması mümkündür.
Müqavilələrin qüvvəyə minməsi istiqaməti üzrə də Azərbaycanın yerni qənaətbəxş hesab etmək olar. Azərbaycan bu göstəriciyə dünya ölkələri arasında 31-cidir. Tələb edilən günlərin sayına görə Azərbaycan region və OECD ölkələrini qabaqlayır. Belə ki, Azərbaycanda tələb edilən günlərin sayı 227 olduğu halda bu göstərici regionda 448, OECD ölkələrində isə 540-a bərabərdir. Göründuyü kimi, ölkəmiz bu göstərici qonşu ölkələri kəskin qabaqlayır. Eyni zamanda tələb edilən xərcə görə də Azərbaycanın mövqeyi daha yaxşıdır. Ölkəmiz tələb edilən xərc ümumi iddianın 18.5 faizinə bərabər olduğu halda, bu göstərici regionda 25.2, OECD ölkələrində 21.4 faizdir”.
Qeyd olunduğu kimi, vergilərin ödənilməsi istiqaməti üzrə Azərbaycan bu il ciddi irəlləyişlər əldə edə bilib: “Belə ki, ölkəmizin mövqeyi əvvəlki ilə nisbətən 32 pillə yaxşılaşıb. Əgər il ərzində ödənişlərin sayı ölkəmizdə cəmi 7-dirsə, bu göstərici regionda 20.5, OECD ölkələrində isə 11.8-ə bərabərdir. Azərbaycan bu istiqamət üzrə birmənalı şəkildə bütün qonşuları qabaqlayır. Tələb edilən zamana görə də, ölkəmizdə vəziyyət region dövlətləri ilə müqayisədə daha azdır. Azərbaycanda bu məqsədlə ildə 195 saat tələb edildiyi halda, Avropa və Orta Asiya dövlətlərində bu göstərici 234.3-ə bərabərdir”.
Hesabata əsasən, elektrikin alınması üzrə Azərbaycanın yerinin 2 pillə irəliləməsinə baxmayaraq bu istiqamət ölkəmizin ümumi mövqeyinə mənfi təsir göstərir. Belə ki, ölkəmiz bu istiqamət üzrə 159-cudur və tələb edilən proseduraların və günlərin sayına görə region ölkələrindən hələlik geri qalır: “Ölkə Prezidentinin son fərmanı ilə məhz bu istiqamətdə dəyişikliklərin aparılması tapşırılıb ki, bu da gələn il Azərbaycanın bu istiqamət üzrə də mövqeyinin yaxşılaşacağından xəbər verir.
Müflis elan olunma üzrə Azərbaycan bir sıra istiqamətlərdə region və OECD ölkələrini qabaqlayır. Ölkəmizdə bu məqsədlə 1.5 il tələb olunduğu halda Avropa və Orta Asiya dövlətlərində 2.3, OECD ölkələrində isə 1.7 il lazımdır. Tələb edilən xərcə görə də Azərbaycan region ölkələrini qabaqlayır. Belə ki, bizdə əmlakın 12, region ölkələrində isə 13.3 faizi həcmində xərc tələb edilir”.
Göründüyü kimi, Azərbaycan dünyanın aparıcı hesabatlarının birində yerini daha da möhkəmləndirə bilib. Bu ölkədə aparılan islahatların səmərəliliyini göstərən əsas faktorlardan hesab edilə bilər. Ölkəmizdə aparılan bir sıra islahatlar başqa ölkələrdə mütərəqqi model kimi tətbiq edilməsi üçün öyrənilir və istifadə edilir. Bu məhz son illər aparılan islahatların nəticəsi kimi qiymətləndirilə bilər.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info