Yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb
Tarix: 30.10.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Cari dərs ilində Azərbaycanın ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidən hazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Təhsil Nazirliyinin məlumatına görə, bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır. Eyni zamanda ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədi ilə yenidən hazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.
Qeyd olunub ki, son illərdə yenidən hazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb. Hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədi ilə kadrların yenidən hazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir. Pedaqoji profilli ixtisaslar üzrə yenidən hazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info