Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lə bağlı təkliflər hazırlanıb
Tarix: 30.10.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla, Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı RYTN tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDM) ilə birgə araşdırmalar aparılıb. Bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov məlumat verib. Araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib. Bunlar-
yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər, məzmun və xidmət təchizatçıları tərəfindən təqdim edilən xidmətlər barədə məlumat xarakterli SMS-lər, digər şirkət, bank, mağazalar tərəfindən göndərilən reklam xarakterli SMS-lərdir.
M.Əmirov bildirib ki, mobil operatorlar tərəfindən RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara nömrələrinin təqdim edilməsi həmin abunəçilərə davamlı olaraq SMS-lərin daxil olmasına şərait yaradır: “Daxil olan SMS-ə görə abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur. Mobil operatorlar, istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrində (məsələn, televiziyada, radioda və digər KİV-də) olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli SMS-ləri dayandıra bilər”. O həmçinin vurğulayıb ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb: “Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info