Rusiya hərbi təyyarələri NATO-nu qorxudub
Tarix: 30.10.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Avropanın hava məkanına girən Rusiya hərbi təyyarələri NATO hərbi hava qüvvələrinin həyəcan təbili çalmasına səbəb olub. Şimali Atlantika hərbi alyans bu barədə xüsusi bəyanatla çıxış edib. NATO-nun bəyanatında bildirilir ki, alyansın izləmə xidməti 29 oktyabrda Baltik dənizi, Qara dəniz və Şimal dənizi üzərində, həmçinin Atlantik okeanı üzərində bir neçə dəstə rus hərbi təyyarəsi aşkarlayıb. Nəticədə, Norveç hərbi hava qüvvələrinin “F-16” qırıcıları havaya qaldırılıb. Pilotlar Rusiyaya məxsus dörd strateji Tu-95 bombardmançısı və dörd İl-78 yanacaq doldurucusu aşkarlayıblar. Bombardmançı təyyarələr və yanacaq doldurucaları uçuş planı barədə xəbər verməyiblər və mülki aviasiya xidməti ilə əlaqə saxlamayıblar. Həmçinin həmin gün NATO radarları Qara dəniz üzərində iki Tu-95 və iki Su-27 qırıcısı aşkarlayıblar. Eyni vaxtda, Baltik dənizi üzərində iki MiQ-31 hərbi təyyarəsi, iki qırıcı-bombardmançı Su-34, iki cəbhə bombardmançısı Su-24 və bir Su-27 qırıcısı aşkarlanıb. Bir gün öncə, 28 oktyabrda Baltik dənizi üzərində yeddi rus hərbi təyyarəsi aşkar edilib. Rus təyyarələrini müşayiət etmək üçün Almaniya, Danimarka, həmçinin NATO-ya daxil olmayan Finlandiya və İsveçin hərbi təyyarələri göyə qalxıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info