Ermənistan iqtisadiyyatına daha bir zərbə- ölkənin yeganə aviadaşıyıcısı sərnişindaşımaları dayandırır
Tarix: 30.10.2014 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Ermənistanın yeganə aviadaşıyıcısı olan “Air Armeni” şirkəti bu il dekabrın 20-dək sərnişindaşımaları dayandırır. “Arminfo”nun verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında deyilir.
Məlumatda bildirilir: “Sentyabrın 21-dən “Air Armenia” aviaşirkətinə Rusiya istiqamətində bütün uçuşların qadağan ediləcəyi barədə "Rosavianaviqasiya”nın Rusiya mətbuatında yayılan bəyanatından sonra aviabiletlərıin satışı 60 faizədək aşağı düşüb”.
Məlumata görə, bu bəyanat “Air Armenia” şirkəti üçün ciddi problemlər yaradıb: "Bəyanat erməni KİV tərəfindən yayılbı ki, bu da şirkətin imicinə təsir edib və maliyyə itkilərinə səbəb olub. Nəticədə şirkətin satışı 80 faiz azalıb. Bütün bunlar kreditor və debitorlar arasında təlaş doğurub. Çoxlu sayda sərnişin artıq aldıqları biletləri geri qaytarmağa və bir çoxları Ermənistan aviadaşıcısının xidmətlərindən imtina etməyə başlayıblar. Eyni vaxtda bütün kreditorlar ödəmələrin daha əvvəl uyğunlaşdırılmış qrafiklərindən imtina edərək vəsaitləri tələb etməyə başlayıblar, debitorlar bu halda artıq satılmış biletlərin dəyərini ödəməkdən imtina ediblər. Nəticədə şirkətin gəlirləri kritik minimuma enib və hazırda sərnişindaşımalar həyata keçirmək mümkün deyil”.
Yaranmış vəziyyətdə şirkət rəhbərliyi dekabrın 20-dək uçuşların qrafikini dəyişmək, təkrar maliyyə strukturlaşdırması həyata keçirmək qərarına gəlib: "Bu dövr ərzində maliyyə vəsaiti cəlb etmək və şirkətə məxsus iki А320 hava gəmisinin geri qaytarılması işlərinin aparılması nəzərdə tutulur. Dekabrın 20-dən başlayaraq bütün reyslər əvvəllər nəzərdə tutulan uçuşların qış cədvəli üzrə həyata keçiriləcək".
“Air Armenia” şirkəti 2003-cü ildə yaradılıb və fəaliyyətə yükdaşımalarla başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info